"Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Tbilisi "Dinamo"sunda ayrılıq reallaşıb.
Gürcüstan klubu yarımmüdaifçisi Luka Qaqnidzeni Moskva "Spartak"ına satıb. Premyer Liqa təmsilçisi 18 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayıb. Bu keçid moskvalılara 1,5 milyon avroya başa gəlib.
"Neftçi" ilə "Dinamo" arasındakı ilk matç iyulun 7-də Tbilisidə, cavab oyunu 1 həftə sonra Bakıda baş tutacaq.