AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində iyulun 3-də, Bakıda keçiriləcək Çexiya – Danimarka matçının hakimləri açıqlanıb.
Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rusiyadan olan Sergey Karasev yerinə yetirəcək.