"Mançester Yunayted" "Real"ın futbolçusunu transfer edir

10:09 2 İyul 2021

"Borussiya"dan Ceydon Sançonu heyətinə qatan "Mançester Yunayted" növbəti transferə hazırlaşır.

 

"Qırmızı şeytanlar" "Real"ın müdafiəçisi Rafael Varanı rənglərinə bağlamaq üzrədir. Mançester təmsilçisi madridlilərlə 1 illik müqaviləsi qalan fransalı futbolçunu sərfəli qiymətə almaq üçün son danışıqları aparır.

 

Varan 2011-ci ildən "Real"da çıxış edir. O, yeni mövsüm başqa komandada çıxış edəcəyini açıqlamışdı. 


Digər xəbərlər

Xəbər xətti