De Byazi: "İtaliya millisi Belçikanı məğlub edə bilər"

Sportarena.az      2 İyul 2021 , 13:38

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2020-nin 1/4 finalında bu gün keçiriləcək Belçika – İtaliya matçı ilə bağlı fikirlərini bildirib.

 

İtaliyalı mütəxəssis “Bianconera” radiosuna açıqlamasında ölkəsinin yığmasının qalib gəlmək əzmində olduğunu deyib: 

 

“İtaliya millisi Belçikanı məğlub edə bilər. Roberto Mançini ona həlledici imkanlar verən yaxşı heyətə sahibdir”.

 

Təcrübəli mütəxəssis “Yuventus”un yeni baş məşqçisi Massimiliano Alleqri və komandanın liderlərindən olan Kriştiano Roanldo haqqında da danışıb: “Alleqri yenə də yaxşı nəticə verəcək. Çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən də çevikdir. Kriştiano Ronaldo? Ona qarşı şübhə yoxdur, ancaq balanslılıq baxımından yenə düşünmək lazımdır”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin