Luis Enrike: "Avropa çempionatının ən yaxşı komandasıyıq"

19:50 2 İyul 2021

İspaniya millisinin baş məşqçisi Luis Enrike AÇ-2020-nin 1/4 finalında İsveçrə ilə oyun öncəsi açıqlama verib.

 

O, turnirin ən yaxşı komandası olduqlarını deyib:

 

"Turnirin ən yaxşı komandasıyıq. İspaniyadan daha yaxşı komanda görmədim. Bir neçə fərdi səhvlərimiz ola bilər. Amma komandam oyunlara çox pozitiv yanaşır. Müdafiə xəttində də ən yaxşıyıq. Əlbəttə, İsveçrəyə də yaxşı bələdik. Onlar da bizi yaxşı tanıyır. Güclü pressinq nümayiş etdirirlər, hücuma yaxşı çıxırlar. Bu baxımdan ən yaxşı komandalardan biri onlardır. İsveçrəni məğlub etmək çətin olacaq".

 

Sankt-Peterburqda keçiriləcək İsveçrə - İspaniya oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.


Xəbər xətti