Avro-2020: Bakıda 1/4 final həyəcanı başlayır

15:41 3 İyul 2021

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.

 

Sonuncu oyun günündə daha iki matç keçiriləcək. Əvvəl Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

 

Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

 

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

 

3 iyul

1/4 final

20:00. Çexiya - Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu

 

23:00. Ukrayna - İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu.


Digər xəbərlər

Xəbər xətti