Amerika kuboku: Braziliya və Peru yarımfinala yüksəlib - VİDEO

11:54 3 İyul 2021

Amerika kubokunda 1/4 final mərhələsinə start verilib.

 

Bu mərhələnin ilk oyun günündə 2 matç keçirilib. Əvvəl Braziliya Çili ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Digər oyunda Peru və Paraqvay yığmaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Peru (4:3) növbəti mərhələyə adını yazdırıb.

 

Qeyd edək ki, yarımfinalda Braziliya və Peru üz-üzə gələcək.

 

3 iyul

Peru - Paraqvay - 3:3 (Penaltilər seriyası - 4:3)
Qollar: Qomes, 11 (0:1), Lapadula, 21 (1:1), 40 (2:1), Alonso, 54 (2:2), Yotun, 80 (3:2, Avalos, 90 (3:3)

Braziliya - Çili - 1:0
Qol: Paketa, 46

 

4 iyul

02:00. Uruqvay - Kolumbiya
05:00. Argentina - Ekvador

 

 


Xəbər xətti