Messi Pelenin rekordunun bir addımlığında

11:40 5 İyul 2021

Argentina millisinin kapitanı Lionel Messi yığmada vurulan qol sayına görə rekordun bir addımlığındadır.

 

O, Amerika kubokunun 1/4 finalında Ekvadorla görüşdə (3:0) fərqlənməklə millidə 149-cu matçında 76-cı qolunu vurub. Bu göstəricidə Cənubi Amerika rekordu əfsanəvi Peleyə məxsusdur. Pele Braziliya millisində 77 dəfə rəqib qapılarına yol tapıb. "Barselona"nın hücumçusu Peleyə məxsus rekordu təkrarlamağa çox yaxındır.

 

Qeyd edək ki, Pele 77 qolu 91 oyuna vurub. Argentina yığması iyulun 7-də Amerika kubokunun yarımfinalında Kolumbiya ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti