İtaliya - İspaniya matçının hakimləri açıqlandı

12:28 5 İyul 2021

AÇ-2020-nin yarımfinal mərhələsində İtaliya – İspaniya matçının hakimləri açıqlanıb.

 

Matçı almaniyalı referi Feliks Brix idarə edəcək. Yan xətt hakimləri Mark Borş və Ştefan Lupp olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək.
 

İyulun 6-da Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti