İngiltərə millisinin Tvitter səhifəsi Avro-2020-nin yarımfinalında Danimarka ilə oyun öncəsi futbolçuların əyləncəsini əks etdirən paylaşım edib.
Yığmanın üzvləri Meyson Maunt, Ceydon Sanço, Bukayo Sako, Deklan Rays və digər futbolçular hovuzda üzərək oyunqabağı gərginliyi aradan qaldırmağa çalışıblar. Komnda DÇ-2018-in bəzi oyunlarına da bu cür hazırlaşmışdı.
Qeyd edək ki, iyulun 7-də Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Danimarka matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.