Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.
Beynəlxalq turnirin son günündə Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar. Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliyadakı yarışı 3-cü yerdə başa vurublar.
Beləliklə, milli komandamız Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb. Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl və Nəriman Mirzəyev (66 kq) bürünc medala layiq görülmüşdü.
Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.