"İtaliya - İspaniya oyununun favoriti yoxdur" - Leonardo Bonuççi

Sportarena.az      6 İyul 2021 , 11:05

"Əlbəttə, hamımız yaxşı nəticələr əldə etmək istəyirik. İspaniya millisi bu turnirin hər matçında daha yaxşı oynayır. Rəqibə hörmətimizi göstərməliyik. Həm İtaliya, həm də İspaniyanın özünəməxsus oyun tərzi var. Qarşılaşma ərzində diqqətli olmalı, hər mövqedə yaxşı müdafiə olunmalıyıq".

 

Bu sözləri İtaliya millisinin futbolçusu Leonardo Bonuççi Avro-2020-nin yarımfinalında İspaniya ilə oyun öncəsi deyib.

 
"Çox açıq futbol oynanılacaq. Həm İspaniya, həm də İtaliya öz futbolunu oynamağa çalışacaq. İspanların bizə problem yaratmaması üçün diqqətli olmalıyıq. Olmo və Morata bacarıqlı hücumçulardır" - deyə o bildirib.

 

34 yaşlı müdafiəçi söyləyib ki, italyanların onlarla qürur duyması üçün əllərindən  gələni edəcəklər: "Finala çıxmağı bacarsaq, bu uğurumuzu Leonardo Spinazzolaya həsr edəcəyik. Çünki onu zədə səbəbindən itirmək ağırdır.  O, həmişə bizə nə qədər güclü olduğunu göstərir. Əməliyyatdan sonra bu yolla sona qədər getməyimizi istədiyini söylədi. Bunu da Leonardo üçün etməyə çalışacağıq".

 

O, görüşün favoritinin olmadığını vurğulayıb: "Nə etməli olduğumuza, oyunumuzu harada inkişaf etdirəcəyimizə diqqət yetirməliyik. Turnirin yarımfinal mərhələsinə kimi çatmışıq. Hansı möhtəşəm arenada çıxış etməyimiz və bu görüşdə qələbə qazanmağımızın finalda oynamağımıza imkan verməsi bizi həvəsləndirməlidir".

 

Qeyd edək ki, bu gün Londonun "Uembli" stadionunda keçiriləcək İtaliya - İspaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin