Millimizin məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” oyununu izləyəcək.
O, millimizin baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, bu görüşə baxacaq.