Amerika kuboku: Braziliya finala yüksəldi - VİDEO

14:36 6 İyul 2021

Amerika kubokunda ilk finalçı müəyyənləşib.

 

Birinci yarımfinal oyununda Braziliya və Peru yığmaları qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Braziliya finala yüksəlib. Yeganə qolu 35-ci dəqiqədə Luka Paketa vurub.

 

Milli komanda finalda Argentina - Kolumbiya matçının qalibi ilə qarşılaşacaq.

 

6 iyul

Braziliya - Peru - 1:0
Qol: Paketa, 35 

 

 


Digər xəbərlər

Xəbər xətti