AÇ-2020: İlk finalçı İtaliya oldu

09:46 7 İyul 2021

AÇ-2020-də yarımfinal mərhələsinə start verilib.

 

İlk finalçı İtaliya və İspaniya oyunundan sonra müəyyənləşib. Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Penaltilər seriyasında daha dəqiq oynayan İtaliya finala yüksəlib. Digər yarımfinal matçında İngiltərə və Danimarka qarşılaşacaq.

 

 

AÇ-2020, yarımfinal

İtaliya – İspaniya - 1:1 (pen. 4:2)
Qollar
: Federiko Kyeza, 60 – Alvaro Morata, 80. 


Digər xəbərlər

Xəbər xətti