“Neftçi” ilə oyun çətin keçəcək" - “Dinamo”nun kapitanı

10:48 7 İyul 2021

Gürcüstanın “Dinamo” (Tiflis) klubunun kapitanı Georgi Papava UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Gürcü yarımmüdafiəçi baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər bir futbolçusu ilə tanış edib. “Neftçi” ilə oyun çətin keçəcək. Nəticənin necə olacağını indidən demək olmaz. Hər şeyi meydanda görəcəyik”.
 
Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. 


Digər xəbərlər

Xəbər xətti