"Neftçi" Gürcüstanda "Dinamo"nu məğlub etdi - YENİLƏNİB

22:03 7 İyul 2021

"Neftçi" bu gün Çempionlar Liqasında mübarizəyə başlayıb.

 

Paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb. Boris Payçadze adına “Dinamo Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Bununla da "ağ-qaralar" 7 illik fasilədən sonra ÇL-də çıxış edib.

 

Komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.


 

7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. "Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" (Azərbaycan)  1:2
Baş hakim: David Fuksman (İsrail)
Tbilisi. Boris Payçadze “Dinamo Arena”. 


Digər xəbərlər

Xəbər xətti