Türkiyənin “Beşiktaş” klubu 4 futbolçusu ilə müqaviləni uzadıb.
Son çempion Atiba Hatçinson, Necip Uysal, Gökhan Töre və Utku Yuvakuran ilə yeni müqavilə bağlayıb. Hatçinson və Töre 1, Uysal 2, Yuvakuran isə 3 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, kanadalı yarımmüdafiəçi Atiba Hatçinson 2013-cü ildən “Beşiktaş”da çıxış edir. Necip Uysal “Beşiktaş”ın öz yetirməsidir. 30 yaşlı futbolçu karyerası ərzində yalnız “qara qartallar”ın uğurları üçün çalışıb. Gökhan Töre ötən ilin yayından “Beşiktaş”da oynayır. O, 2013-2019-cu illərdə də İstanbul təmsilçisində çıxış edib. 23 yaşlı qapıçı Utku Yuvakuran isə 2016-cı ildən “Beşiktaş”dadır.