"Neftçi" UEFA reytinqində xalımızı artırdı

11:50 8 İyul 2021

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb.

 

"Neftçi"nin 1-ci təsnifat mərhələsində səfərdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində Azərbaycanın aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 12,850-yə yüksəlib. Ölkəmiz hazırda 28-ci pillədə qərarlaşıb.

 

Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,250 xal geri qalır.


Digər xəbərlər

Xəbər xətti