“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. Ağdam təmsilçisi “Vitoriya”nın (Gimaraynş) futbolçusu olan Abdul-Aziz Yakubu ilə razılığa gəlib.
22 yaşlı forvard artıq Avstriyaya gedib və burada təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsinə qoşulub. Yakubunun transferinin tezliklə açıqlanması gözlənilir. Çünki o, baxışa yox, birbaşa müqavilə bağlamağa gəlib.
Qanalı forvard 4 illik müqavilə imzalayacaq. “Vitoriya” Azizin “Qarabağ”a keçidinə görə təxminən bir milyon avro qazanacaq.
Yakubu peşəkar karyerasına Portuqaliyanın “Vizela” klubunda başlayıb. 2018-ci ildən isə o, “Vitoriya”nın uğurları üçün çalışır. Geridə qalan mövsümü isə o, “Eştoril”də icarədə keçirib.