Avro - 2020: İtaliya - İngiltərə final matçının hakimləri açıqlanıb

11:34 9 İyul 2021

Avropa çempionatının İtaliya - İngiltərə final matçının hakimləri açıqlanıb.

 

Həlledici görüşü niderlandlı referi Byörn Kyupers idarə edəcək. 48 yaşlı hakim yerliləri - Sander van Rokel və Ervin Zeinstra kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə ispaniyalı Karlos Del Serro Qrande yerinə yetirəcək.

 

Kyupers Avropa çempionatının final matçını idarə edəcək ilk niderlandlı hakim olacaq.

 

İyulun 11-i Londondakı "Uembli"də keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti