“Sivasspor” “Şaxtyor”un forvardını yenidən icarəyə götürdü

13:00 9 İyul 2021

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun hücumçusu Olarenvaju Kayode növbəti mövsümü də Türkiyə “Sivasspor”unda keçirəcək.  Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Sivas təmsilçisi nigeriyalı forvardı yenidən icarəyə götürüb. 28 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər “Sivasspor”da oynayacaq.
 
Kayode, ötən mövsüm “Sivasspor”un heyətində bütün turnirlər çərçivəsində 40 oyuna çıxıb, 11 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti