"Roma"nın baş məşqçisi Joze Mourinyo "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
O, portuqaliyalı hücumçu ilə bir çempionatda mübarizə aparmaqları ilə bağlı deyib:
“Ronaldo məndən qorxmamalıdır, çünki mərkəz müdafiəçisi kimi oynamıram. Müdafiənin mərkəzində oynasaydım, təbii ki, onu nokauta salardım. Ancaq indi bunun üçün keyfiyyətlərim yoxdur. Buna görə çox yaşlıyam".