Avropa çempionatında uğursuz çıxış edən Türkiyə millisinin baş məşqçisi Şenol Günəşin mətbuat konfransı keçirilib.
69 yaşlı mütəxəssis uğursuzluağa görə istefa vermək istədiyini deyib:
"Uğursuzluğa görə millidən getmək istədim. Bu barədə düşündüm, müzakirələr apardıq, amma yekunda millidə qalmağın doğru qərar olduğunu fikirləşdim. Eyni gəminin içindəyik. Ən doğru yolu birlikdə tapmalıyıq. Türk xalqı bu oyunu, bu nəticəni haqq etmədi. Bizim gözləntimiz belə deyildi. Futbolçular da çox üzgündür. Təslim olmayacağıq, uğursuzluğun səbəblərini tapmalıyıq. Dünya çempionatının əsas hədəfimiz olduğunu ilk gündən demişik. Hər kəs bilsin ki, sıradan komanda deyilik. Dünya çempionatının seçmə mərhələ oyunlarına 2 aydan da az qaldı".
Türkiyə millisi qitə çempionatında keçirdiyi 3 oyunda uduzub.