"Neftçi" - "Dinamo": Mətbuat konfranslarının vaxtı müəyyənləşdi

15:03 9 İyul 2021

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

 

Tədbir iyulun 13-ü saat 20:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

 

Eyni məkanda həmin gün saat 19:30-da rəqib komandanın mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. 


Digər xəbərlər

Xəbər xətti