Kriştiano Ronaldo Nyu-Yorkda otel açdı – FOTOLAR

Sportarena.az      9 İyul 2021 , 15:45

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo otel biznesini genişləndirib.

 

Portuqaliyalı futbolçu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. O, otel kompleksi şəbəkəsini ilk dəfə Avropadan kənara çıxarıb. Ronaldo ABŞ-ın Nyu-York şəhərində otel açıb. Manhettenin mərkəzində yerləşən mehmanxananın “Pestana CR7” adlanır.

 

Oteldə bir gecə qalmağın qiyməti 136 avrodan başlayır.

 

Qeyd edək ki, hazırda Ronaldonun Portuqaliyanın Madeyra, Lissabon və İspaniyanın Madrid şəhərlərində də oteli var. Futbolçu 2023-cü ildə Mançesterdə də otel açmağı planlaşdırır. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin