"Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov Kasparova 7 gedişlə qalib gəldi

10:02 11 İyul 2021

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.

 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.

 

Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib. Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb. 


Digər xəbərlər

Xəbər xətti