"Qalatasaray" hücumçusu Radamel Falkao ilə yollarını ayıra bilər.
İstanbul təmsilçisi maaşı çox olan kolumbiyalı forvardı əldən çıxarmağın yollarını axtarır. 35 yaşlı futbolçu ilə Qətərin "Əl-Sədd" klubu yaxından maraqlanır. Təcrübəli forvard Xavinin baş məşqçisi olduğu kluba keçməyə müsbət yanaşır.
Falkaonun Qətər klubu ilə danışıqlar aparacağı gözlənilir. Bundan əlavə, forvardla Portuqaliyanın "Braqa" klubunun da maraqlandığı bildirilir.
Hücumçu 2019-cu ildə "Monako"dan "sarı-qırmızılar"a keçib. Onun 1 illik müqaviləsi mövcuddur.