İngiltərə millisinin futbolçusu Lyuk Şou Avropa çempionatının finallarının ən sürətli qolunu vurub.
O, Avro-2020-nin finalında İtaliya ilə matçın 117-ci saniyəsində fərqlənib. Bu, Avropa çempionatı finalları tarixindəki ən sürətli qoldur.
Şou İspaniya millisinin sabiq oyunçusu Xesus Peredanın rekordunu qırıb. Pereda Avro-1964-ün finalında SSRİ-yə qarşı görüşün başlamasından 5 dəqiqə 17 saniyə sonra qol vurmuşdu.