Avro-2020: Final oyununda meydana azarkeş daxil oldu - FOTOLAR

03:00 12 İyul 2021

Avro-2020-nin final matçı olan İtaliya - İngiltərə oyunu 87-ci dəqiqədə müvəqqəti dayandırılıb.

 

Buna ingilis azarkeşlərdən birinin meydana daxil olması səbəb olub. Sözügedən azarkeş üç mühafizəçidən yayınmağı bacarıb. Daha sonra dördüncü mühafizəçinin müdaxiləsinin ardınca azarkeş meydandan kənarlaşdırılıb və matç davam etdirilib.  



Xəbər xətti