İtaliya millisinin kapitanı Buffonun rekordunu qırdı

12:50 12 İyul 2021

İtaliya millisinin kapitanı Corco Kyellini Avropa çempionatlarının tarixinə düşüb.

 

Avro-2020-nin finalında hazırda davam edən İngiltərə ilə matçda əsas heyətdə meydana çıxan müdafiəçi turnirin finallarının ən yaşlı kapitanı olub. O, 36 yaş 331 günlüyündə kapitanlıq sarğısı ilə finalda iştirak edib.

 

Qeyd edək ki, bundan əvvəlki rekord Avro-2012-nin finalında 34 yaş 154 günündə İtaliya millisinin kapitanı olan Canluici Buffona məxsus idi.  


Digər xəbərlər

Xəbər xətti