Yoxlama oyunu: “Keşlə”nin rəqibi darmadağın oldu

15:00 12 İyul 2021

"Keşlə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Soçi” (Rusiya) yoxlama oyunu keçirib.

Komanda Moskva “Spartak”ı ilə qarşılaşıb. Görüş “Soçi”nin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Keşlə” "Soçi" ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq. 


Digər xəbərlər

Xəbər xətti