Boksçumuz Avropa birinciliyini gümüş medalla başa vurdu

15:35 12 İyul 2021

Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb. Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla bitirib.
 
Ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub edən həmyerlimiz finalda rusiyalı Boqdan Prima ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Boksçumuz birinciliyi ikinci yerdə başa vurub.
 
İyulun 3-dən start götürən və 9 gün davam edən qitə birinciliyində Azərbaycan millisi bütövlükdə 14 (11 oğlan, 3 qız) boksçu ilə təmsil olunub. Yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparıb. 


Digər xəbərlər

Xəbər xətti