Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini gücləndirib.
İstanbul təmsilçisi Fransanın "Renn" klubunun hücumçusu Mbaye Nianqı heyətinə qatıb. O, mövsümün sonuna qədər "sarı-lacıvərdlilər"də icarə əsasında çıxış edəcək.
Nianq ötən mövsüm Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"də icarədə olub.
26 yaşlı seneqallı hücumçu "Milan", "Cenoa", "Uotford", "Toirno" kimi klublarda da çıxış edib.