Avro-2020-nin finalında 19 polis yaralandı, 49 azarkeş saxlanıldı

16:05 12 İyul 2021

Avro-2020-nin finalında keçirilən İtaliya – İngiltərə oyunundan əvvəl azarkeşlər arasında baş verən iğtişaş zamanı 49 nəfər saxlanılıb.

Bu barədə London polisinin mətbuat xidməti məlumat yayıb.
 
Matçın keçirildiyi “Uembli” stadionunun ətrafında azarkeşlərin toqquşması zamanı 19 polisin xəsarət aldığı da bildirilib.

“Bu insanlar azarkeş yox, quldurdurlar. Onlar özlərindən utanmalıdırlar. Xəsarət alan həmkarlarımıza şəfa diləyirik” – deyə London polisinin yaydığı açıqlamada qeyd olunub.

Xatırladaq ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matç penaltilrə seriyasına qədər uzanıb və burada daha dəqiq olan italyanlar (3:2) çempionatın qalibi olub. 


Digər xəbərlər

Xəbər xətti