"Neftçi" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində - YENİLƏNİB

22:00 14 İyul 2021

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

 

Son Azərbaycan çempionu “Neftçi” evdə Tbilisi “Dinamo” ilə cavab oyununa çıxıb. "Bakcell Arena"da keçiriləcək matç saat 21:00-da başlayıb. Bu komandalar arasında Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

 

Səfər qolu qaydası ləğv edildiyi üçün Samir Abasovun baş məşqçisi olduğu komanda üstünlüyünü qorumağa çalışacaq. İki görüşün nəticəsinə əsasən hesab eyni olsa, əlavə vaxt oynanılacaq.

 

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq. Məğlub komanda isə mübarizəyə Konfrans Liqasında davam etdirəcək və  “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün məğlubu ilə üz-üzə gələcək

 

14 iyun

I təsnifat mərhələsi, cavab oyunu

21:00. “Neftçi” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan)  2:1
Baş hakim: Dumitru Muntean (Moldova)
“Bakcell Arena” 


Digər xəbərlər

Xəbər xətti