"Qarabağ" - "Aşdod" matçının hakimləri açıqlandı

10:33 14 İyul 2021

"Qarabağ" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin "Aşdos" klubu ilə qarşılaşacaq.

 

Bu oyunun hakim təyinatları açıqlanıb. Qarılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Kşiştof Yakubik olacaq. Ona yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcək. Dördüncü hakim isə Pyotr Lasikdir.

 

Qeyd edək ki, "Qarabağ" - "Aşdod" görüşü 22 iyul tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti