"Qarabağ"ın futbolçusu Filip Ozobiçin Azərbaycan millisində çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA-dan FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.
Bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.
Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.
Xorvatiyalı yarımmüdafiəçi 2016-2018-ci illərdə "Qəbələ"də də çıxış edib. 30 yaşlı futboçu 2018-ci ildə "Qarabağ"a keçib.