UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçlarından sonra statistik nəticələri açıqlayıb.
Ən yaxşı göstəriciləri olan oyunçular arasında milli komandamızın hücumçusu Mahir Emreli də var. Varşavanın “Legiya” klubunun yeni transferi olan Emreli "Budyo-Qlimt"ə (Norveç) qarşı ÇL-in matçlarında uğurlu oyunu ilə diqqət çəkib. UEFA-nın hesabatında göstərilir ki, həmin görüşlərdə futbolçumuzun vurduğu 5 zərbə qapı çərçivəsinə gedib. Bu göstəricəyə görə, o, 2-ci sırada qərarlaşıb. İlk pilləni isə 6 zərbə ilə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç tutur.
Mahirin çərçivəyə gedən 5 zərbəsindən 2-si qolla nəticələnib. M.Emreli həm də bombardirlər siyahısında yer alıb. O, 2 qolla 4-5-ci yerləri bölüşdürür (“Linkoln”lu De Barrla birgə). İlk üç yerdə qərarlaşan Ri Riski (HİK), E.Krasniçi (“Priştina”) və Uzuni (“Verensvaroş”) isə 3 qol vurub.
Qeyd edək ki, ümumi bombardirlər siyahısında hərəyə 2 qolla "Neftçi"dən Namiq Ələsgərov və Emin Mahmudov da yer alıb.