Ulduz futbolçu karyerasını növbəti dəfə başa vurdu

16:28 15 İyul 2021

"Qroningen"in yarımmüdafiəçisi  Aryen Robben karyerasını başa vurduğunu açıqlayıb.

 

Bu barədə 37 yaşlı oyunçu özünün "İnstaqram" hesabında yazıb: "Futbolçu karyeramı bitirməyə qərar verim. Çox çətin seçimdir. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".

 

Niderlandlı futbolçu bu qərarı zədə səbəbindən verdiyini də vurğulayıb.

 

Qeyd edək ki, Robben 2019-cu ildə karyerasını başa vurduğunu açıqlanmışdı, lakin 2020-ci ilin yayında o, yenidən futbola qayıtmışdı.

 

Xatırladaq ki, Robben karyerası ərzində "Qroningen", PSV, "Çelsi", "Real" və "Bavariya"da oynayıb və ümumilikdə 31 kubok qazanıb.


Xəbər xətti