“Neftçi” klubların UEFA reytinqində irəliləyib. Buna Çempionlar Liqasının I təsnifat mərhələsinin nəticələri səbəb olub.
Tbilisi “Dinamo”suna hər iki oyunda 2:1 hesabı ilə qalib gələn Bakı klubu əmsalını 7,000-yə çatdırıb. Bu, “ağ-qaralar”ı Avropanın 151-cisi adına şərik edib.
Bakılılar HİK (Finlandiya), “Şturm” (Avstriya), “Riqa” (Latviya), “Buduçnost” (Monteneqro), “Zrinski” (Bosniya və Herseqovina) və “Sürix” (İsveçrə) də 151-157-ci yerləri bölüşür. “Dinamo” ilə görüşədək 168-ci olan Samir Abasovun yetirmələri 17 pilləlik sıçrayışa nail olub. Təmsilçimizin keçdiyi komandalar arasında məğlub etdiyi “Dinamo” da var. Gürcüstan çempionu 6,500 xala malikdir.
Qeyd edək ki, digər Azərbaycan klublarının mövqeyi dəyişməyib. “Qarabağ” (17,500) 77-ci, “Keşlə” (4,000) 254-cü, “Qəbələ” (3,500) 290-cı, “Sumqayıt”, “Səbail” və “Zirə” (hamısı 2,525) 337-ci sırada qərarlaşıb.