"Olimpiakos"un baş məşqçisi: "Neftçi" ilə oyunlarda çətinlik çəkəcəyimizi bilirik"

17:00 15 İyul 2021

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi "Olimpiakos" olacaq.

 

 Yunanıstan çempionunun baş məşqçisi Pedro Martins "Aris"ə(3:0) qarşı keçirilən yoxlama görüşündən sonra "Neftçi" ilə oyun haqda da fikirlərini bildirib:

 

"İrəlidə hələ çox işimiz var. Bir həftə sonra daha yaxşı durumda olacağıq. "Aris" daha hazır durumdaydı, nəinki biz. "Olimpiakos" hazırda istədiyimiz durumda deyil. Lakin hazırlaşmaq üçün bir həftə vaxtımız var. 

 

Biz "Neftçi"ni, heyətindəki futbolçuları analiz etmişik. "Neftçi" ilə oyunlarda çətinlik çəkəcəyimizi bilirik. Lakin ən yaxşı şəkildə hazırlaşmağa çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti