Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirib.
Ağdam klubu Almaniya bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Auqsburq” ötən mövsümü 13-cü pillədə tamamlayıb.
"Qarabağ" - "Auqsburq" - 2:2
Qollar: Andrade, 26 (1:0), Xayme, (2:0), Ceffriy, 37 -pen.(2:1), *** - 43 (2:2)
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabı ilə məğlub edib, ikinci ğörüşdə isə Rusiya “Arsenal”ına (Tula) uduzub – 0:1. Bakıda hazırlıq prosesi zamanındakı yoxlama oyunlarında isə Qurban Qurbanovun komandası "Keşlə" (7:0) və "Sumqayıt"a (3:1) qalib gəlib.