“Qəbələ” yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub.
“Qırmızı-qaralar” iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını bugünkü hazırlıqla yekunlaşdırıb.
Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komanda Bakıya yollanıb. Elmar Baxşıyevin yetirmələri iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək.
Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq. Sözügedən komanda sabah “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Zirə Olimpiya Kompleksində keçiriləcək matça saat 19:00-da start veriləcək.
“Qəbələ” ikinci yoxlama oyununda iyulun 21-də “Səbail”lə qarşılaşacaq.