"Keşlə" - "Soçi" oyununun saatı və hakimləri açıqlanıb

13:29 16 İyul 2021

"Keşlə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın "Soçi" ilə cavab oyununun hakimləri açıqlanıb.
 
İyulun 29-da "ASK Arena"da keçiriləcək görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.

 

Saat 20:00-da başlanayaq matçı Viktor Şimusik idarə edəcək. Ona yan xətdə Anton Qusev və Sergey Kosovets kömək edəcək. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.
 
Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti