Azərbaycanlı futbolçu Gürcüstan klubundan ayrıldı

15:01 16 İyul 2021

Azərbaycanlı futbolçu İbrahim Qədirzadə Gürcüstanın “Samtrediya” klubundan ayrılıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İbrahim bu ilin fevralından “Samtrediya”da çıxış edirdi. O, yüksək liqa təmsilçisinin heyətində 16 matça çıxıb.

 

Qeyd edək ki, “Samtrediya” Gürcüstan çempionatında bu mövsüm 21 oyunda cəmi 10 xal toplayıb və 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti