"Qarabağ" yeni legioner gətirdi

15:13 16 İyul 2021

"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirib.

Ağdam klubu monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib. O, həm sağ, həm sol cinahda oynaya bilir. Əsasən sağ cinahda çıxış edir. Son oyunlarda milli komandası olan Monteneqroda isə sol vinger kimi də oynayıb.


"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışına qatılan 29 yaşlı futbolçu ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti və digər detalları hələlik bəlli deyil.

Qeyd edək ki, son olaraq "Legiya"da (Polşa) oynayan Veşoviç "Torino" (İtaliya), "Srvena Zvezda" (Serbiya), "Rijeka" (Xorvatiya) kimi klublarda da çıxış edib. Monteneqro millisinin üzvü yığmada 30 oyuna 3 qol vurub. (Qol.az)


Digər xəbərlər

Xəbər xətti