ÇL-in 2023-cü il finalı İstanbulda keçiriləcək

00:05 17 İyul 2021

2023-cü ildə keçiriləcək Çempionlar Liqasının finalına Türkiyənin İstanbul şəhəri ev sahibliyi edəcək.

 

Bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Həlledici matçın "Atatürk Olimpiya Stadionu"nda keçiriləcəyi bildirilib.

 

Bundan başqa, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 2021/2022 və 2022/2023 mövsümlərinin qrup mərhələlərinin püşkatma mərasimi də İstanbulda olacaq.

Qeyd edək ki, əvvəlcə 2020, sonra isə 2021-ci ildə İstanbulda ÇL-in finalının keçirilməsi planlaşdırılsa da, koronavirus səbəbindən bu gerçəkləşməmişdi.


Digər xəbərlər

Xəbər xətti