“Neftçi” yeni transferini açıqlayıb.
Paytaxt təmsilçisi portuqaliyalı müdafiəçi Huqo Bastonu transfer edib. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Huqo Bastonun son klubu “Eştoril” olub. O, geridə qalan mövsümdə bu komandanın heyətində 31 oyuna çıxıb, 4 qol vurub.