"Sumqayıt” Avropa Konfrans Liqasının 2-ci mərhələsində Serbiyanın “Çukariçki” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
“Kimyaçılar” 21 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si hücumçudur.
Qapıçılar: Tərlan Əhmədli, Aydın Bayramov, Hüseynəli Quliyev;
Müdafiəçilər: Dmitri Nağıyev, Vurğun Hüseynov, Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov, Tellur Mütəllimov, Elvin Bədəlov, Süleyman Əhmədov, Eltun Turabov, Yusif Nəbiyev;
Yarımmüdafiəçilər: Vüqar Mustafayev, Səbuli Abdullazadə, Rəhim Sadıxov, Rüfət Abdullazadə, Murad Xaçayev, Roman Hüseynov, Elvin Məmmədov;
Hücumçular: Əli Qurbani, Xəzər Mahmudov.
Qeyd edək ki, “Sumqayıt” “Çukariçki” ilə ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.